IMG-LOGO

Fentsin Li: Çin urbanistika və iqlim təşəbbüsləri sahəsində Azərbaycanla dialoqu dəstəkləyir

18 May 2026 11:30 4 baxış
IMG

Çinin Azərbaycan tərəfi ilə urbanistika və iqlim təşəbbüsləri sahəsində qurulmuş əlaqələri var.

Bu barədə "Report"a Bakıda keçirilən WUF13-də Çin pavilyonunu təmsil edən Şanxay Universitetinin professoru, ali təhsil müəssisəsinin nəzdindəki Şəhər Regenerasiyası və Dayanıqlı İnkişaf İnstitutunun icraçı direktorunun müavini Fentsin Li bəyan edib.

O bildirib ki, Çin Azərbaycanla bu sahədə dialoqu dəstəkləyir.

Onun sözlərinə görə, regionda infrastruktur layihələri üzərində artıq işləyən beynəlxalq qurumların və Çin şirkətlərinin iştirakı ilə əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunur.

Professor həmçinin WUF13 çərçivəsində Bakıya ilk səfərindən aldığı təəssüratlarını bölüşüb. O qeyd edib ki, şəhər ona müsbət təəssürat bağışlayıb: "Bakı mehriban insanları olan təmiz və təhlükəsiz şəhərdir. O, bir çox cəhətdən Çinin müasir şəhərlərini xatırladır. Forumun atmosferi yüksək peşəkarlıq səviyyəsi və fəal beynəlxalq əməkdaşlıq ilə seçilir".

Xəbər lenti