IMG-LOGO

Hindistanlı ekspert Bakının inkişafını və infrastrukturunu yüksək qiymətləndirib

18 May 2026 13:34 2 baxış
IMG

Hindistan və Azərbaycan şəhərsalma, texnologiyaların mübadiləsi və şəhər infrastrukturunun inkişafı təcrübəsi sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir.

Bu barədə "Report"a Bakıda WUF13 çərçivəsində Hindistanın "Housing & Urban Development Corporation Ltd." şirkətinin idarəedici direktoru Sancay Kulşrestxa bildirib.

"Mənim ölkəm, Hindistanla müqayisə etsək, biz də çox inkişaf etmişik. Mumbay, Yeni Delhi, Banqalor və Heydərabad kimi şəhərlər genişmiqyaslı və müxtəlif infrastruktura malikdir. Buna görə də ölkələrimiz bir çox cəhətdən müqayisə oluna bilər və texnologiyalar, planlaşdırma təcrübəsi mübadiləsi və əməkdaşlıq üçün böyük potensial mövcuddur. Mən azərbaycanlı memarlar, planlaşdırıcılar və hindistanlı mütəxəssislər arasında bir çox təşəbbüslərin müzakirə olunacağını gözləyirəm, çünki sizin şəhəriniz çox yaxşı planlaşdırılıb", - o bildirib.

Kulşrestxa həmçinin Bakının inkişafını və Azərbaycanda həyata keçirilən infrastruktur həllərini yüksək qiymətləndirib.

"Dünən mən şəhərlə tanış oldum və deyə bilərəm ki, bu, planlaşdırılmasına görə ən yaxşı şəhərlərdən biridir. Burada mənim gördüyüm ən yaxşı infrastrukturlardan biri mövcuddur", - Kulşrestxa qeyd edib.

Xəbər lenti