IMG-LOGO

Sergeyenko: Belarus ənənəvi qonaqpərvərliyə görə İlham Əliyevə minnətdardır

18 May 2026 16:58 3 baxış
IMG

Belarus Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə və ənənəvi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır.

"Report" xəbər verir ki, bunu Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko WUF13 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı bildirib.

"Belarus nümayəndə heyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə və WUF13 təşkilatçılarına forumun yüksək səviyyədə hazırlığına və ənənəvi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm", - o deyib.

Onun sözlərinə görə, Belarus karbon qazı tullantılarının azaldılmasını və ətraf mühitə mənfi təsirin aşağı salınmasını, eləcə də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini prioritet hesab edir.

"Hazırkı sessiya Yeni Şəhər İnkişafı Proqramının icrasının onilliyi ilə üst-üstə düşür. Bu dövr optimal həll yollarının axtarışı zamanı oldu. Bu gün əldə edilmiş nəticələri möhkəmləndirmək və yeni istiqamətlər müəyyən etmək vacibdir. Belarus səmimi dialoqa və bərabərhüquqlu tərəfdaşlığa açıqdır, müasir urbanistika problemlərinin həlli yollarını sizinlə birgə axtarmağa hazırdır. Yalnız səylərimizi birləşdirərək və bir-birimizi dinləyərək firavan həyat üçün yaradılmış şəhərlər inşa edə bilərik", - o bildirib.

Xəbər lenti