Bu gün dünyada hərbi münaqişələr səbəbindən şəhər infrastrukturu zədələnir.
"Report" xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şəhər siyasəti təcrid olunmuş kontekstdə nəzərdən keçirilmir:
"Bu, ekoloji siyasət, enerji sistemləri və iqtisadi dayanıqlıqla sıx bağlıdır. Şəhərlər yalnız inkişaf mərkəzləri deyil, onlar həm də təhlükəsiz və kritik infrastruktur sistemləridir. Biz bu sahədə təcrübəmizi bölüşməyə və şəhər davamlılığı nəzəriyyəsində dəyişikliklərə gətirib çıxaran tədbirlərin həyata keçirilməsini dəstəkləməyə hazırıq".
Tomaş Taraba bildirib ki, bu gün davamlılıq iqlim dəyişikliyinə uyğunlaşmadan çox kənara çıxır:
"Dünya üzrə getdikcə daha çox şəhər hərbi münaqişələrin nəticələri ilə üzləşir. Şəhər infrastrukturu zədələnir, dağıdılır, əsas xidmətlər pozulur, insanlar evlərini tərk edirlər. Yalnız evləri bərpa etmək deyil, həm də onları uzunmüddətli perspektivdə bərpa etmək lazımdır. Bizim ölkəmizdə əhalinin 55%-i evlərdə yaşayır. Onlar evlərini çoxdan tikiblər və bunları modernləşdirmək, yenidən qurmaq lazımdır. Bu insanların gəlirləri azdır, onlar da öz mənzillərinin modernləşdirilməsi və yenidən qurulması üçün dəstək almalıdırlar. Fikrimcə, bu gün bütün ölkələrdə eyni çağırış yaranır: enerji səmərəliliyini təmin etmək zəruridir".