IMG-LOGO

Anar Quliyev UN-Habitat-ın sabiq direktoru ilə görüşüb

18 May 2026 20:56 3 baxış
IMG

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru xanım Maimunah Mohd Şərif ilə görüşüb.

"Report" xəbər verir ki, görüş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutub və A. Quliyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Onun rəhbərlik etdiyi dövr Azərbaycan ilə BMT-Habitat arasında əməkdaşlığın formalaşmağa başladığı və gələcək strateji tərəfdaşlığın təməlinin qoyulduğu xüsusi mərhələ olub", - A. Quliyev qeyd edib.

Səmimi söhbət zamanı əməkdaşlığın ilk illərini xatırlanıb: "Məhz həmin dövrdə əsası qoyulan qarşılıqlı etimad və ortaq baxış sonradan Bakının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyinə aparan yolun formalaşmasında mühüm rol oynayıb".

Qeyd edək ki, UN-Habitat-ın hazırkı direktoru Anaklaudia Rossbaxdır.

Xəbər lenti