Birbaşa pul köçürmələri və icarə mənzillər fəlakətdən sonrakı dövrdə vəziyyəti köklü şəkildə dəyişdirməyə qadirdir.
"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) şəhər inkişafı şöbəsinin direktoru Srinivas Sampat Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində "Qlobal mənzil maliyyələşdirməsindən əlçatan mənzil üzrə yerli fəaliyyətə: qlobal inkişaf maliyyələşdirməsindən və submilli maliyyələşdirmədən istifadə" mövzusunda panel müzakirəsində bildirib.
"Birbaşa pul köçürmələri mexanizmi əhəmiyyətli nəticələr nümayiş etdirib, xüsusilə qadınların başçılıq etdiyi ev təsərrüfatlarının maliyyə inklüzivliyi üçün şərait yaradıb", - S.Sampat vurğulayıb.
Bundan başqa, o, ən həssas şəraitdə insanları mənzillə təmin etməyə imkan verən mexanizm kimi mərhələli mənzil həllərinə diqqət çəkib.
"Beynəlxalq maliyyə institutları submilli səviyyədə öz fəaliyyətlərini əlaqələndirməli, böhran şəraitində dayanıqlı mənzil təminatı sistemlərinin formalaşdırılmasında yerli hakimiyyət orqanlarına kömək etməlidirlər", - o bildirib.
Mənbə: report.az