Hacıqabulda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir k, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil yolu keçmək istəyən Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1968-ci il təvəllüdlü Kamran Sarı oğlu Zülfüqarovu vurub.
Ağır xəsarətlər alan piyada Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı
hacıqabul qəza piyadaMənbə: lent.az