İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi general-leytenant Eyal Zamir Livanda "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.
"Report"un məlumatına görə, onun açıqlamaları ordunun mətbuat xidməti tərəfindən yayılıb.
"Bu gün (24 may) şimalda hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqlədim. Biz "Hizbullah"a və onun bütün terrorçu strukturlarına qarşı zərbələri gücləndirməkdə tam qərarlıyıq", - E.Zamir bildirib.
O qeyd edib ki, "Hizbullah"a dəyən zərər sistematik və ardıcıldır.
"Biz "Hizbullah" terrorçularına zərbə endirməyə və məhv etməyə, eləcə də onların İsrailin şimal ərazilərinin sakinləri və ordunun qoşunları qüvvələri üçün təhlükə yaradan obyektlərinin məhv olunmasını davam etdiririk", - E.Zamir əlavə edib.
Mənbə: report.az