IMG-LOGO

Praqada minlərlə insan medianın maliyyələşməsinə yenidən baxılmasına qarşı aksiya keçirib

25 May 2026 00:57 5 baxış
IMG

Çexiya paytaxtı Praqada bir neçə min insanın iştirakı ilə İctimai-hüquqi televiziya və radionun maliyyələşdirilməsinə həsr olunmuş nümayiş keçirilib.

"Report" xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Məlumata görə, nümayişdə təxminən 10 000 nəfər iştirak edib. İştirakçılar Praqanın mərkəzindəki Köhnə Şəhər Meydanından Klarov rayonundakı hökumət binasına qədər yürüş ediblər.

Etirazçılar ictimai-hüquqi medianın maliyyələşdirilməsi sisteminin yenidən nəzərdən keçirilməsi planlarına qarşı olduqlarını bildiriblər və "Avtomobilistlər" siyasi hərəkatını təmsil edən mədəniyyət naziri Oto Klempirjin istefasını tələb ediblər.

Təşkilatçılar təxminən 180 000 vətəndaşın maliyyələşdirmə dəyişikliklərinin ləğv edilməsinə çağıran petisiya imzaladığını bildiriblər.

Analoji aksiyalar bir həftə əvvəl Çexiyanın 12 administrativ mərkəzində, 5 mayda isə Praqada baş tutub.

Etirazlar "Demokratiya üçün bir milyon an" vətəndaş təşəbbüsü tərəfindən təşkil olunur. Mitinqlərdə dövlət mediasının müstəqilliyinin qorunması tələb olunur.

Mənbə: report.az

Xəbər lenti