IMG-LOGO

Rubio: ABŞ Hörmüz boğazının açılışından sonra nüvə probleminin müzakirəsinə hazır olacaq

25 May 2026 00:21 6 baxış
IMG

ABŞ Hörmüz boğazının açılacağını gözləyir və bundan sonra İranla nüvə məsələsini müzakirə etməyə hazır olacaq.

"Report" xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə "The New York Times" qəzetinə müsahibəsində deyib.

"(İranın nüvə proqramı-red) problemini salfet üzərinə atıb, 72 saat ərzində həll etmək mümkün deyil. Boğaz dərhal açılmalıdır və onda razılaşdırılmış parametrlərə uyğun olaraq, (uranın-red) zənginləşdirilməsi, yüksək dərəcədə zənginləşdirilmiş uranın olmaması və heç vaxt nüvə silahına sahib olmamaq öhdəliyi ilə bağlı çox ciddi danışıqlara başlayacağıq", - o deyib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Daha sonra Ağ Ev rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.

ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə istiqamətlənən gəmilər üçün bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına gətirib çıxarıb.

Mənbə: report.az

Xəbər lenti