IMG-LOGO

Serbiya Prezidenti: Yaxın vaxtlarda istefa verməyim mümkündür

25 May 2026 01:48 4 baxış
IMG

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın vaxtlarda istefa verməsinin mümkünlüyünü bildirib.

"Report"un Balkan bürosu xəbər verir ki, Çinə səfər edən və Pekində jurnalistlərə danışan Serbiya Prezidenti mandat müddətinin sona yaxınlaşdığını söyləyib.

Dövlət başçısı vurğulayıb ki, bununla belə, ölkənin keçmiş Prezidenti Boris Tadiç kimi səlahiyyət müddətini vaxtından əvvəl qısaltmayacaq.

A.Vuçiç həmçinin Serbiya Tərəqqi Partiyasının iyunun 26-dan 28-dək toplantılar keçirəcəyini açıqlayıb. Dövlət başçısı bildirib ki, vətəndaşlara veriləcək mesajlar iştirakçı sayından daha vacib olacaq.

Mənbə: report.az

Xəbər lenti