IMG-LOGO

CNN: Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində səkkiz nəfər ölüb

25 May 2026 02:38 3 baxış
IMG

Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı səkkiz nəfər ölüb, daha on insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb.

Məlumata görə, yol qəzası bazar günü səhər tezdən Santa-Krus-di-Salinas bələdiyyəsindəki federal magistral yolda baş verib. Avtobus güclü zərbədən sonra aşıb, hər iki nəqliyyat vasitəsi yanıb.

Regional yanğınsöndürmə xidmətinin nümayəndələri bildiriblər ki, ölənlərin hamısı avtobusun sərnişinləridir, onların arasında körpə də olub. Yük maşınındakı sərnişinlər sağ qalıb.

Yolda nəqliyyatın hərəkəti tamamilə bağlanıb. Hadisə yerində xilasedicilər, tibb işçiləri və kriminalistlər işləyirlər.

Qəzanın səbəbi araşdırılır.

Mənbə: report.az

Xəbər lenti