IMG-LOGO

Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır

25 May 2026 13:01 3 baxış
IMG

Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır.

"Report"un Hacıqabula ezam olunan əməkdaşı xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Toxum nəzarəti və qeydiyyat şöbəsi müdiri Fikrət Feyziyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2025-2026-cı il əkin mövsümündə əkilmiş və kənd təsərrüfatı elektron informasiya sistemində təsdiqlənmiş toxumluq əkin sahələrinin aprobasiyası proseslərinə başlanılıb:

"Bu proses ölkənin 40 rayonunda 140 təsərrüfatda təqribən 47 000 hektarda aparlır. Aprobasiya prosesində səlahiyyətli qurum olan Toxumçuluğa Dövlət Nəzarəti toxumluq sahələrinin keyfiyyəti yerində müəyyənləşdirilir. Bitkilərin sağlamlıq dərəcəsi, məhsul proqnozu, xəstəlik yoluxmas, eyni zamanda alaqlanma dərəcəsi müəyyənləşdirilərək yalnız yüksək keyfiyyətli dövlət standartlarına tələf verən toxumluq sahələrin keyfiyyəti təsdiqlənir və toxum istehsalı həyata keçirilir".

O vurğulayıb ki, apobasiya prosesinin tam rəqəmsallaşdırılıb:

"AXA Mobile əsasında aprobasiya modulu yaradılıb. Proses yerində rəqəmsəl formasında proqram tətbiq vasitəsilə həyata keçilir, nəticələr toxumcu fermerlərini elektron kabinetlərinə yönləndirilir".

Mənbə: report.az

Xəbər lenti