IMG-LOGO

Azərbaycanda 2030-cu ilədək ət istehsalı 20 % artırıla bilər

25 May 2026 16:49 4 baxış
IMG

Azərbaycanda ümumi süd istehsalı həcminin 2030-cu ilədək 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, əsas məqsəd ət istehsalında özünütəminetmə səviyyəsinin 100 %-ə çatdırılmasıdır: "Eyni mənzərə qoyunçuluq üçün də nəzərdə tutulub. Qoyunçuluq istiqamətində yarımintensiv təsərrüfatların yaradılması nəzərdə tutulur və bunun sayəsində məhz ümumi məhsul istehsalının 9 % artırılması və özünütəminatın 101 %-ə çatdırılması hədəflənib.

Qeyd edim ki, quşçuluq məhsulları ilə bağlı bugünkü özünütəminetmə səviyyəsi 82 %-dir, 100 %-ə çatdırılması əsas hədəf olaraq müəyənləşdirilib. İstehsalın isə 30 % artırılması nəzərdə tutulur. Burada əsas görüləcək tədbirlər yeni quşçuluq damlarının, yeni kəsimxanaların yaradılmasıdır və müvafiq olaraq damazlıq işinin təşviq edilməsidir".

Mənbə: report.az

Xəbər lenti