IMG-LOGO

Çexiya Azərbaycandan neft alışını 22 %-dən çox azaldıb

25 May 2026 17:56 5 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Çexiyaya 433 min 064,35 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 245 milyon 721,48 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 4 ayı ilə müqayisədə 22,5 %, dəyəri isə 19,3 % azdır.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 5,46 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları olan 7 milyon 923 min 086,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Mənbə: report.az

Xəbər lenti