IMG-LOGO

CNN: Tramp müsəlman liderləri ilə söhbətində İbrahim Sazişlərinə qısaca toxunub

26 May 2026 01:03 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bir neçə müsəlman ölkəsinin liderləri ilə telefon danışığı zamanı İbrahim Sazişlərindən yalnız qısaca bəhs edib.

"Report"un CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə söhbətin məzmunu ilə tanış olan mənbələr məlumat verib.

Söhbət 23 mayda baş tutub. Trampın sözlərinə görə, Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri iştirak ediblər. Tərəflər İranla mümkün sülh sazişi üçün anlaşma memorandumunun layihəsini müzakirə ediblər.

ABŞ prezidenti bu ölkələrin İbrahim Sazişlərinə qoşulmasını Vaşinqtonun Tehranla razılaşması üçün şərt kimi irəli sürməyib. Mənbələr həmçinin iddia ediblər ki, söhbət iştirakçıları bu mövzunun qeyd olunmasına reaksiya verməyiblər.

Tramp əvvəllər İranla potensial razılaşmanın bir neçə ölkənin İbrahim Sazişini imzalamasını da əhatə etməli olduğunu bildirmişdi. O, onların arasında Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyanın adını çəkmişdi.

Mənbə: report.az

Xəbər lenti