Amerika Birləşmiş Ştatları çarəsiz şəkildə volfram mənbələri axtarır və Vaşinqtonun İrana qarşı müharibə zamanı xərclədiyi silah ehtiyatlarını doldurmaq üçün bu mənbələrə ehtiyac duyur.
"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Volfram qırıcı təyyarələrin, bunker partlayıcılarının, zirehli mərmilərin və raket sistemlərinin istehsalında istifadə olunur.
Lakin, 2015-ci ildən bəri ABŞ-da bu metalı istehsal edən bir dənə də olsun fəaliyyətdə olan mədən olmayıb. Kanalın qeyd etdiyi kimi, Çin həm volfram hasilatı, həm də emalı sahəsində liderdir.
Hazırkı vəziyyətdə ABŞ Koreya Respublikasında volfram mədənini yenidən qurmağa çalışır. Xüsusilə, Amerika şirkəti "Almonty Industries" 30 illik fəaliyyətsizlikdən sonra Koreyanın şərqindəki mədənlərdən birində fəaliyyətini bərpa edib.
Şirkətin baş direktoru Luis Blek televiziya kanalına bildirib ki, son bir neçə onillikdə əvvəllər əsasən hərbi-sənaye kompleksində istifadə edilən volfram texnologiya sektorunda getdikcə daha çox tələbat qazanıb.
Mənbə: report.az