IMG-LOGO

Cinayət törədən beş Albaniya vətəndaşı Dubaydan ölkələrinə ekstradisiya olunur

26 May 2026 04:48 4 baxış
IMG

Cinayət törətməkdə şübhəli bilinən beş Albaniya vətəndaşı Dubaydan ekstradisiya olunur.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Albaniya Dövlət Polisi məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Əbu-Dabi ilə məlumat mübadiləsi nəticəsində Dubayda saxlanılan və həbs edilən beynəlxalq axtarışa verilmiş beş Albaniya vətəndaşının ölkələrinə ekstradisiyası nəzərdə tutulur.

Belə ki, bu şəxslərdən dördü narkotik vasitələrlə bağlı cinayət fəaliyyəti, biri isə kompüter fırıldaqçılığı ilə əlaqədar şübhəli bilinir.

Hazırda "Interpol Tirana" Dubayda saxlanılan beş şəxsin Albaniyaya ekstradisiyası prosedurlarının yekunlaşdırılması üçün əməkdaşlığı davam etdirir. Eyni zamanda, Dubayda olan daha bir Albaniya vətəndaşı ilə bağlı yoxlamalar aparılır. Onun saxta sənədlərdən istifadə etdiyi ehtimal olunur.

Mənbə: report.az

Xəbər lenti