IMG-LOGO

Tayvan Çinin döyüş hazırlığını izləmək üçün təyyarələrini havaya qaldırıb

26 May 2026 08:26 5 baxış
IMG

Tayvan, Çinin ada yaxınlığında bir həftə ərzində ikinci birgə döyüş hazırlığı patrulunu izləmək üçün qırıcı təyyarələri havaya qaldırıb və gəmilərini əraziyə göndərib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Tayvanın Müdafiə Nazirliyi bazar ertəsi axşamı ada ətrafında "J-16" qırıcı təyyarələri və dronları da daxil olmaqla 21 Çin təyyarəsinin, eləcə də hərbi gəmilərin müşahidə olunduğunu bildirib.

Tayvan ordusu öz qüvvələri tərəfindən çəkilmiş fotoşəkilləri yayımlayıb.

Onlarda, digər şeylərlə yanaşı, Çin təyyarələrinin "Y-20" hava yanacaqdoldurma tankerini və "Yinchuan" gəmisini müşayiət etməsi göstərilir.

Mənbə: report.az

Xəbər lenti