Neft-qaz və kimya mühəndisləri ekologiyaya daha az ziyan vuran texnologiyalar tətbiq etməlidir.
"Report xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin dəstəyi ilə "Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi"nin Tətbiq Planının hazırlanması çərçivəsində tələbələr üçün keçirilən təlim seminarında bildirib.
Onun sözlərinə görə, cəmiyyətdə neft-qaz və kimya sahələri ilə bağlı müəyyən stereotiplər mövcuddur: "Bəşəriyyət müəyyən mənada bu sahənin mütəxəssislərini günahlandırır ki, guya ekologiyanı daha çox onlar pozur. Kimya mühəndislərini isə plastikin və polimerlərin yaranmasına görə tənqid edirlər. Müasir yanaşmalar ekologiyaya dəyən zərərin minimuma endirilməsinə hesablanıb. Biz daha yeni və müasir texnologiyalar tətbiq edəcəyik ki, ekologiyaya daha az ziyan dəysin".
Mənbə: report.az