IMG-LOGO

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində elektrik enerjisi təchizatında fasilələr yaranıb

26 May 2026 11:48 3 baxış
IMG

Rusiya silahlı qüvvələri səhər saatlarında Ukraynanın Sumı vilayətinə zərbə endirib, nəticədə regionun elektrik enerjisi təchizatında qismən fasilələr yaranıb.

"Report"un məlumatına görə, bu barədə "Sumıoblenerqo" SC-dən bildirilib.

"Rusiyanın hücumu nəticəsində Sumı vilayətinin bir hissəsi elektriksiz qalıb. Elektrik enerjisi verilişinin bərpası istiqamətində işlər aparılır", - SC-nin rəsmi saytındakı məlumatda bildirilib.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov qeyd edib ki, ötən gün ərzində Rusiyanın vilayətin yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində doqquz nəfər xəsarət alıb.

Öz növbəsində, Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, səhər saatlarında vilayətin yaşayış məntəqələrinin 36 dəfə atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, daha 21 nəfər yaralanıb.

Mənbə: report.az

Xəbər lenti