IMG-LOGO

Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edilib

26 May 2026 11:32 4 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Report" komitəyə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41 220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti