IMG-LOGO

Azərbaycan Rusiyadan buğda alışını kəskin artırıb

26 May 2026 12:51 5 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycana 82,77 milyon ABŞ dolları dəyərində 371 min 802 ton buğda gətirilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 29 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 62,29 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,5 dəfə çox) 278 min 219 ton (+5 dəfə), Qazaxıstandan 20,47 milyon ABŞ dolları dəyərində (-58 %) 93 min 581 ton (-60 %) və Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-83 %) 1,6 ton (-81 %) buğda alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.

Mənbə: report.az

Xəbər lenti