IMG-LOGO

Baş məşqçi Çingiz Mustafayev: "Komandamız olimpiada hədəfinə çatmaq potensialına malikdir"

26 May 2026 12:50 5 baxış
IMG

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin hədəfi olimpiadada təmsil olunmaqdır.

Bu barədə "Report"a yığmanın baş məşqçisi Çingiz Mustafayev açıqlamasında bildirib.

Mütəxəssis bu məqsədə çatacaqlarına inandıqlarını bildirib:

"Hədəfimiz olimpiadada təmsil olunmaqdır. İnanıram ki, bu dəfə bu məqsədə nail olacağıq. Düzdür, qarşıda görüləcək çox iş var. Amma bu komanda qarşıya qoyulan hədəfə çatmaq potensialına malikdir".

Ç.Mustafayev Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda altıncı yeri tutmaları barədə də fikirlərini bölüşüb:

"Bu nəticə bizi sevindirir. Çünki uzun müddət zədədən əziyyət çəkən və bir o qədər də bərpa prosesi keçən Anna Başta artıq əvvəlki formasını yığmaya başlayıb. Amma hələ də sahib olduğu liderlik keyfiyyətlərinin hamısını sərgiləməyə tam hazır deyil. Ümumilikdə komandamızın bütün üzvlərinin çıxışından razıyam. Yaponiya və Koreya kimi güclü rəqiblərə qalib gəldik. Koreya son olimpiadanın mükafatçısıdır. Polşa və İtaliya kimi komandalarla görüşlərdə sona qədər mübarizə apardıq, qələbə üçün cəmi 1-3 xal çatmadı. Hədəfimiz olimpiadada təmsil olunmaqdır".

Xatırladaq ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma Dünya Kubokunda komanda yarışında 24 ölkə arasında 6-cı olub.

Mənbə: report.az

Xəbər lenti