IMG-LOGO

Belçikada məktəb avtobusu qatarla toqquşub, ölənlər var

26 May 2026 13:55 5 baxış
IMG

Antverpen və Brüssel (Belçika) arasında yerləşən Buqqenhaut şəhərindəki dəmir yolu keçidində qatar məktəb avtobusu ilə toqquşub, nəticədə bir neçə nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Bild" nəşri xəbər verib.

Həlak olanların və yaralananların dəqiq sayı açıqlanmır. Qatarın təxminən 100 sərnişini təxliyə edilib və onlara tibbi yardım göstərilir.

Bildirilib ki, kiçik məktəb avtobusunda yeddi şagird, sürücü və bir müşayiətçi olub.

Mənbə: report.az

Xəbər lenti