IMG-LOGO

Tramp Netanyahunu hədələdi: Tək qalacaqsan

09 Jun 2026 01:19 54 baxış
IMG
0 0

ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya bildirib ki, İranla münasibətlərin gərginləşməsi halında o dəstəksiz qala bilər.

Lent.az xəbər verir ki, bu barədə “Axios” portalının məsələ ilə bağlı xəbərində deyilir.

ABŞ prezidentinin “Axios” portalına verdiyi müsahibədə səsləndirdiyi versiyaya görə, İsrail rəhbərliyi Vaşinqtonu İrana planlaşdırılan zərbələr barədə onların endirilməsindən cəmi qısa müddət əvvəl məlumatlandırıb.

Trampın sözlərinə görə, o, İsrailin hücumlarının məhdud xarakter daşımasına nail olub. ABŞ prezidenti bildirib ki, Yaxın Şərqin ən azı beş dövlətinin nümayəndələri İsrailə təsir göstərməsi xahişi ilə ona müraciət ediblər.

“Mən Netanyahuya, ehtiyatlı olmalı olduğunu, əks halda çox keçmədən tamamilə tək qalacağını dedim”, –Tramp bildirib.

Onun təqdim etdiyi versiyaya əsasən, iyunun 8-də İran nümayəndələri ABŞ administrasiyasının üzvləri ilə əlaqə saxlayaraq, İsrailin də eyni addımı atacağı təqdirdə, hücumları dayandırmağa hazır olduqlarını bildiriblər.

Tramp Netanyahu ABŞ İsrail

Mənbə: lent.az

Xəbər lenti