IMG-LOGO

Filippində qısa vaxtda 2 güclü zəlzələ - SUNAMİ TƏHLÜKƏSİ

02.12.2023 21:00 99 baxış
IMG

Filippin sahillərində 6,4 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 67,5 min nəfər əhalisi olan Bisliq şəhərindən 55 km şimal-şərqdə, 64 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, eyni ərazidə bir neçə saat əvvəl 7,5 maqnitudalı zəlzələ qeydə alınıb, sunami təhlükəsi elan edilib. 

Xəbər lenti