IMG-LOGO

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Aug 2026 01:17 3 baxış
IMG
0 0

Alimlər küçə lampalarını əvəz edə biləcək, atəşböcəkləri kimi işıq saçan bitkilər hazırlayıblar.

Lent.az xəbər verir ki, tədqiqatçılar bitkilərə biolüminessensiya xüsusiyyəti qazandıraraq onların qaranlıqda öz-özünə işıq saçmasını təmin ediblər.

Bu məqsədlə təbiətdə işıq saçan göbələklərdə olan genlərdən istifadə olunub.

Yeni texnologiyanın gələcəkdə küçələrin və parkların işıqlandırılmasında, eləcə də enerji sərfiyyatının azaldılmasında istifadə oluna biləcəyi bildirilir.

Layihənin əsas üstünlüklərindən biri isə bitkilərin elektrik enerjisinə ehtiyac olmadan işıq saçmasıdır.

 

işıq bitki

Mənbə: lent.az

Xəbər lenti