IMG-LOGO

Azərbaycanlı aktrisanın bal ayından romantik FOTOLARI

25 Jun 2026 14:16 5 baxış
IMG
0 0

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nesrin Cavadzadə şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı aktrisa evlilikdən cəmi bir neçə gün sonra çıxdığı balayı tətilindən romantik fotolarını İnstagram izləyiciləri ilə bölüşüb.

Cütlüyün birlikdə yer aldığı şəkillər qısa müddətdə sosial şəbəkələrdə geniş maraqla qarşılanıb. Paylaşımlar minlərlə bəyənmə və çoxsaylı şərhlər toplayıb.

Qeyd edək ki, cütlüyün nikah mərasimi səssiz-sədasız baş tutmuşdu. O, hazırda diqqətçəkən layihələrindən olan "Daha 17" serialının baş rolunda çıxış edir. 

aktrisa nesrin cavadzadə

Mənbə: lent.az

Xəbər lenti