İtalyan model və Leonardo DiKaprionun sevgilisi Vittoriya Ceretti paylaşdığı fotolarla diqqət mərkəzinə düşüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, istirahət üçün Fransız Polineziyasına yollanan 27 yaşlı model çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımlar qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb.
Vittoriya Ceretti moda dünyasının ən tanınmış simalarından biri hesab olunur. O, cəmi 14 yaşında podium debütü edib, sonrakı illərdə nüfuzlu moda jurnalları üçün fotosessiyalarda iştirak edib, məşhur brendlərin reklam kampaniyalarında yer alıb.
Model eyni zamanda xeyriyyə və ekoloji layihələrə dəstək verməsi ilə də tanınır və müasir moda sənayesinin ən çox tələb olunan modellərindən biri sayılır.
model Vittoria Ceretti foto maqazin



Mənbə: lent.az