IMG-LOGO

Sonunu heç kim təxmin edə bilmir: Ən gözlənilməz 10 fantastik ekran əsəri

26 Jun 2026 10:41 3 baxış
IMG
19 0

Gözlənilməz süjet dönüşləri ilə tamaşaçıları ən çox təəccübləndirən 10 elmi-fantastik serial müəyyənləşib.

Lent.az xarici mediaya istinadən yeni reytinq siyahısını təqdim edir.

Siyahının ilk pilləsində "Dark" yer alıb. Almaniyada çəkilən və zaman səyahəti mövzusunu işləyən serial mürəkkəb süjet xətti, paralel zaman axınları və gözlənilməz açıqlamaları ilə janrın ən uğurlu nümunələrindən biri hesab olunur. Serialın hadisələrini izləmək üçün bəzi tamaşaçılar hətta qeydlər aparmağa məcbur qalırlar.

İkinci yerdə "Lost" qərarlaşıb. Sirli adada baş verən hadisələr, personajların keçmişi və serial boyunca açılan sirlər onu televiziya tarixinin ən müzakirə olunan layihələrindən birinə çevirib.

Üçlüyü isə "Black Mirror" tamamlayır. Texnologiyanın insan həyatına təsirlərini fərqli hekayələrlə təqdim edən serial hər seriyada tamaşaçıları təəccübdə saxlayan sonluqları ilə tanınır.

Tam reytinq belədir:

1. "Dark" (2017–2020)

2. "Lost" (2004–2010)

3. "Black Mirror" (2011-ci ildən)

4. "Severance" (2022-ci ildən)

5. "The Prisoner" (1967–1968)

6. "12 Monkeys" (2015–2018)

7. "Person of Interest" (2011–2016)

8. "The OA" (2016–2019)

9. "Fringe2 (2008–2013)

10. "The Twilight Zone" (1959–1964)

Məlumata görə, bu serialları fərqləndirən əsas xüsusiyyət tamaşaçının hadisələrin gedişatı ilə bağlı təsəvvürlərini dəfələrlə alt-üst edən süjet dönüşləridir. Xüsusilə zaman səyahəti, alternativ reallıqlar, süni intellekt və insan şüurunun sərhədləri kimi mövzular reytinqdə yer alan layihələrin ortaq cəhətləridir.

serial film

Mənbə: lent.az

Xəbər lenti