IMG-LOGO

"500-dən çox əməkdaş məsuliyyətə cəlb olunub" - Mürsəl İbrahimovun MÜSAHİBƏSİ - ANONS

26 Jun 2026 17:50 3 baxış
IMG
3 0

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibə verib.

Lent.az xəbər verir ki, müsahibə bu gün saat 21:00-da yayımlanacaq.

Müsahibədə general-mayor Mürsəl İbrahimov hərbi xidmətə çağırış sistemi, çağırışçıların hüquqları və hərbi xidmət sahəsində aparılan islahatlardan danışıb, xaricdə təhsil alan şəxslərin hərbi xidmətdən möhlət hüququ üzrə qanunvericiliyə dəyişikliklərin nəzərdən keçirildiyini, bununla bağlı təkliflərin hazırlandığını bildirib.

Müsahibənin anonsunu təqdim edirik:

Səfərbərlik rəis müsahibə sosial xəbərlər

Mənbə: lent.az

Xəbər lenti