IMG-LOGO

Ayda bir dəfə enerji içkisi içmək belə yuxunu poza bilər

29 Jun 2026 02:51 2 baxış
IMG
1 0

Norveçdə 53 mindən çox gəncin iştirakı ilə aparılan araşdırma göstərib ki, ayda cəmi 1–3 dəfə enerji içkisi qəbul edənlərdə belə yuxu pozğunluğu riski artır.

Lent.az xəbər verir ki, tədqiqata görə, enerji içkilərindən daha tez-tez istifadə edən insanlar gecə daha az yatır, yuxuya getməkdə çətinlik çəkir və gecələr daha çox oyanırlar.

Hər gün enerji içkisi içənlərin isə orta hesabla 30 dəqiqə daha az yatdığı məlum olub.

Alimlərin fikrincə, bunun əsas səbəbi enerji içkilərindəki yüksək kofein miqdarıdır.

Mütəxəssislər bildirirlər ki, araşdırma səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, enerji içkiləri ilə yuxu problemləri arasında güclü əlaqə olduğunu göstərir və xüsusilə gənclərə bu içkilərdən ehtiyatla istifadə etməyi tövsiyə edirlər.

 

enerji içkisi

Mənbə: lent.az

Xəbər lenti