IMG-LOGO

Gündə 3-4 fincan qəhvə bioloji qocalmanı ləngidə bilər

29 Jun 2026 05:54 2 baxış
IMG
2 0

Yeni araşdırma göstərib ki, gündə 3–4 fincan qəhvə içən insanların bioloji yaş göstəriciləri daha az qəhvə içənlərlə müqayisədə daha gənc ola bilər.

Lent.az xəbər verir ki, alimlərin fikrincə qəhvənin tərkibindəki antioksidantlar və iltihabəleyhinə təsir göstərən maddələr hüceyrələrin zədələnməsini azaldaraq qocalma prosesini ləngidə bilər.

Tədqiqat müəllifləri bunun müşahidə xarakterli araşdırma olduğunu və qəhvənin birbaşa qocalmanı ləngitdiyini sübut etmədiyini vurğulayırlar.

Onların sözlərinə görə, nəticələr yalnız orta səviyyədə qəhvə istehlakı ilə daha yaxşı sağlamlıq göstəriciləri arasında əlaqə olduğunu göstərir.

Mütəxəssislər həmçinin bildirirlər ki, şəkər və yüksək kalorili əlavələrsiz içilən qəhvə daha faydalı hesab olunur.

qəhvə

Mənbə: lent.az

Xəbər lenti