Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Lent.az "Azəriqaz"a istinadən xəbər verir.
"Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 29.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunur.
qaz BinəqədiMənbə: lent.az