IMG-LOGO

Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu

29 Jun 2026 16:18 7 baxış
IMG
0 0

Mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

Lent.az Ölkə.az-a istinadən xəbər verir ki, 10 ildir xəstəxananın baş həkimi olan Könül Xəlilova vəzifəsindən azad olunub.

Artıq tibb müəssisəsinə yeni baş həkim təyin edilib. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək “Caspian International Hospital”ın baş həkimi işləyib.

Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. 2025-ci ildə onun vəfatından sonra xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib. 

Oqtay Şirəliyevin xəstəxanası

Mənbə: lent.az

Xəbər lenti