IMG-LOGO

"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı

30 Jun 2026 09:23 2 baxış
IMG
0 0

Türkiyəli komediyaçı Deniz Göktaşı İslamı təhqir etdiyi üçün barəsində məhkəmə iddiası qaldırılıb. 

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, "Böyük Birlik" Partiyasının sədr müavini Samet Bağcı komediyaçını dini təhqir etdiyindən dolayı məhkəməyə verib. 

Qalmaqal Deniz Göktaşın "Ölü dəniz" adlı stendap proqramından sonra başlayıb. İyunun 24-də YouTube-da yayımlanan 90 dəqiqəlik çıxış qısa müddətdə təxminən 6 milyon baxış toplayıb. 

Mübahisəyə səbəb olan hissədə Göktaş müqəddəs kitablarla bağlı zarafat edib. O, "İlk üç kitab yaxşı idi, amma dördüncü kitabın tərcüməsi o qədər də uğurlu alınmayıb" deyərək, son kitab tamamlandıqdan sonra yeni ideyanın yaranmasının müəllif üçün çətin olduğunu istehzalı şəkildə ifadə edib. Bu sözlər bir çoxları tərəfindən Qurana hörmətsizlik kimi qiymətləndirilib.

Hadisədən sonra İstanbul Prokurorluğu komediyaçı barəsində Türkiyə Cinayət Məcəlləsinin dini dəyərlərin açıq şəkildə təhqir edilməsinə görə məsuliyyət nəzərdə tutan 216-cı maddəsi ilə cinayət işi açıb. 

Bundan başqa, hakim partiya nümayəndələrinin şikayətlərindən sonra Türkiyə hakimiyyəti milli təhlükəsizlik və ictimai asayişə təhlükə yarada biləcəyi əsas gətirilərək komediyaçının çıxışından bəzi fraqmentlərə X (keçmiş Twitter) platformasında girişi də məhdudlaşdırıb.

Türkiyə komediyaçı məhkəm ə

Mənbə: lent.az

Xəbər lenti