IMG-LOGO

Deputat idman yarışlarında enerji içkilərinin reklamının əleyhinədir

30 Jun 2026 13:40 5 baxış
IMG
0 0

Artıq müşahidə edirik ki, idman yarışlarının sağlam həyat tərzini təbliğ edən fəlsəfəsi ilə yanaşı, bəzən enerji içkilərinin reklamı da aparılır.

Lent.az-ın xəbərinə görə, bunu Milli Məcisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

“Halbuki enerji içkilərinin təbliği müəyyən hallarda idmanın öz mahiyyətinə və sağlamlıq prinsiplərinə zidd görünə bilər. Əgər bu cür reklamlar vasitəsilə hansısa kommersiya maraqları ön plana çıxarılırsa, nəticədə dövlət siyasətinin əsas istiqamətlərindən biri olan sağlam həyat tərzinin təşviqi müəyyən risklərlə üzləşə bilər”, - Fazil Mustafa qeyd edib.(APA)

Fazil Mustafa idman enerji içkiləri

Mənbə: lent.az

Xəbər lenti