IMG-LOGO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi: gediş haqqı artdı

14 Jul 2026 19:24 2 baxış
IMG
1 0

Məhəmməd Xiyabani küçəsindən (Yasamal yaşayış massivi) metronun "İçərişəhər" stansiyası istiqamətində sərnişin axını nəzərə alınaraq 39 saylı marşrutun iyulun 15-dən hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsinə (Nizami bağı) təşkil ediləcək.

Bundan əlavə, 39 saylı marşrut üzrə avtobuslar dəyişdirilərək yalnız CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq. 

Gedişhaqqı  60 qəpik təşkil edəcək.

Avtobus 39 saylı marşrit avtobusu hərəkət sxemi

Mənbə: lent.az

Xəbər lenti