IMG-LOGO

Zaminlər əlavə xərclərə görə məsuliyyət daşıyır? - CAVAB

15 Jul 2026 09:37 6 baxış
IMG
2 0

Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu zaminlərin əlavə xərclərə görə məsuliyyət daşıması ilə bağlıdır.

Zaminlər sadəcə borca görə məsuliyyət daşıyırlar?

Lent.az xəbər verir ki, Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması ilə əlaqədar məhkəmə xərcləri, kreditor qarşısında öhdəliyin icra edilməməsi lazımi qaydada icra edilməməsi nəticəsində kreditora dəyən zərər də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 

İqtisadiyyat zamin kredit kreditor bir sual - bir cavab

Mənbə: lent.az

Xəbər lenti