IMG-LOGO

Supermarketdə QALMAQAL: Pişik soyuducudakı toyuğu yeyir - VİDEO

15 Jul 2026 14:18 3 baxış
IMG
7 0

İsrailin Maale-Adumim şəhərində yerləşən Yohananof supermarketlər şəbəkəsinin filiallarından birində baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Soyuducuda saxlanılan toyuq ətlərini yeyən pişiyin görüntüləri yayıldıqdan sonra şirkət rəsmi açıqlama verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yayılan videoda pişiyin soyudulmuş toyuq məhsullarının yerləşdirildiyi vitrinə daxil olaraq əti yediyi görünür.

Görüntülər qısa müddətdə viral olub və alıcılar mağazada sanitar-gigiyenik qaydalara əməl olunması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Hadisədən sonra Yohananof supermarketlər şəbəkəsi əməkdaşlarının dərhal müdaxilə etdiyini bildirib.

Şirkətin açıqlamasına görə, pişik dərhal soyuducudan çıxarılıb, onun təmasda ola biləcəyi bütün məhsullar utilizasiya edilib, soyuducu vitrin və ətraf ərazi isə tam şəkildə təmizlənərək dezinfeksiya olunub.

Şirkət vurğulayıb ki, bu hadisə istisna xarakteri daşıyıb və rəhbərliyə ilk müraciətlər daxil olmamışdan əvvəl problem aradan qaldırılıb. Yohananof nümayəndələri bildiriblər ki, mağaza ciddi sanitar normalara uyğun fəaliyyət göstərir və bu qaydalara əməl olunmasına şirkətin baytarlıq xidməti nəzarət edir.

Bundan əlavə, hadisə ilə bağlı məlumat dövlət baytarlıq qurumlarına da təqdim olunub. Şirkət gələcəkdə oxşar halların təkrarlanmaması üçün nəzarət tədbirlərinin daha da gücləndiriləcəyini və aidiyyəti qurumlarla əməkdaşlığın davam etdiriləcəyini açıqlayıb.

Sizin brauzer video tagını dəstəkləmir. pişik soyuducu dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti