IMG-LOGO

Dünyada bu ilin ən yüksək temperaturu qeydə alındı – 51,5 dərəcə

15 Jul 2026 14:03 3 baxış
IMG
1 0

2026-cı ildə dünyada ən yüksək temperatur qeydə alınıb.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, İranda həddindən artıq temperatur qeydə alınıb. 

İyulun 12-də Delhoran şəhərində 51,5°C isti olub. 

Bu, 2026-cı ildə dünyada ən yüksək temperatur hesab edilib. 

Xəbər verilir ki, iyulun 14-də İran rəsmiləri Fars əyalətindəki bir hava stansiyasında temperaturun 52,1°C-yə çatdığını açıqlayıblar. Belə halda hava o qədər isti olur ki, hətta adi açıq hava həyatı belə sağlamlıq üçün təhlükə yaradır.

Proqnozlara görə, iyulun 16-dək ölkədə temperaturun qısamüddətli enməsi, ardınca isə yenidən yüksəlməsi gözlənilir.

 

Hava proqnozu

Mənbə: lent.az

Xəbər lenti