IMG-LOGO

Məşhur cütlük arıqlayıb belə oldu

23 Jul 2026 10:28 4 baxış
IMG
5 0

90-cı illərin sevilən müğənnilərindən olan Tayfun Duygulu və həyat yoldaşı İzabella Duygulu İstanbulda keçirilən Ece və Mert Özak cütlüyünün toyunda görüntüləniblər.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, cütlük verdiyi artıq çəkilərlə diqqət çəkib. Tayfun Duygulu bildirib ki, həyat yoldaşı 17, özü isə 15 kilo arıqlayıb.

"Daha fit və daha sağlam olmaq üçün özümüzə uyğun qidalanma proqramı tətbiq etdik", – deyə sənətçi bildirib.

Tayfun və İzabella Duygulu arıqlama iynələri və buna bənzər üsullardan istifadə etmədiklərini, bu cür vasitələrə normal yanaşmadıqlarını da vurğulayıblar.

müğənni arıqlama iynəsi arıqlamaq maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti