Mütəxəssislərin apardığı yeni araşdırma bəzi rəhbərlərin əməkdaşların işi məsafədən görə bilməsinə baxmayaraq onları mütləq ofisdən işləməyə məcbur etməsinin səbəblərini üzə çıxarıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatlar narsistik xüsusiyyətlərə malik, yəni özünü digərlərindən üstün görməyə və hakimiyyət hissinə daha çox meyilli rəhbərlərin məsafədən işləməyə daha çox qarşı çıxdığını üzə çıxardıb. Bunun əsas səbəbi isə uzaqdan işləmə modelinin onların nüfuz və hakimiyyət hissini zəiflətməsidir.
Mütəxəssislərin aparıcı şirkətlər arasında keçirdiyi araşdırma göstərib ki, əməkdaşları məcburi şəkildə tam ştat ofisə qaytaran şirkətlər nə maliyyə nəticələrində, nə də bazar dəyərində ciddi üstünlük əldə ediblər. Bunun əvəzində işçilərin məmnunluq səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunub.
Araşdırmaçılar hesab edirlər ki, həm işəgötürənlərin, həm də əməkdaşların maraqlarını ən yaxşı şəkildə təmin edən model həftənin iki-üç gününü ofisdə, qalan günlərini isə evdən işləməyi nəzərdə tutan hibrid iş rejimidir.
maraqlı rəhbərliyin evdən işləməyə icazə verməməsinin səbəbiMənbə: lent.az