IMG-LOGO

Güclü külək XƏBƏRDARLIĞI

29 Jul 2026 13:15 5 baxış
IMG
0 0

İyulun 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux, Şəkidə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Naxçıvan MR-də narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Hava proqnozu külək

Mənbə: lent.az

Xəbər lenti