Türkiyənin “Kurdlar Vadisi” serialında canlandırdığı Polat Alemdar obrazı ilə yadda qalan Necati Şaşmaz uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bir müddətdir gözlərdən uzaq həyat sürən aktyor qatıldığı açıq hava tədbirində görünüb. Ağ köynək, açıq rəngli şalvar və idman ayaqqabısı geyinən Şaşmaz gecənin diqqətçəkən simalarından biri olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə aktyorun tədbir iştirakçıları ilə söhbət etdiyi, onları səmimi şəkildə salamladığı və xatirə fotoları çəkdirdiyi görünür. Onun sakit davranışları ilə yanaşı, xarici görünüşündəki dəyişiklik də izləyicilərin diqqətindən yayınmayıb.
1971-ci il dekabrın 15-də Elazığda doğulan aktyorun tam adı Muhammed Necati Şaşmazdır. Bir müddət turizm sahəsində çalışan Şaşmaz daha sonra ABŞ-da yaşayıb.
Aktyor 2003-cü ildə yayımlanmağa başlayan “Kurdlar Vadisi” serialındakı Polat Alemdar obrazı ilə böyük şöhrət qazanıb. O, daha sonra “Kurdlar Vadisi İraq”, “Kurdlar Vadisi Fələstin”, “Kurdlar Vadisi Vətən” filmlərində və “Qurdlar Vadisi Pusu” serialında da eyni obrazı canlandırıb.
Uzun illər Türkiyə televiziya məkanının ən çox müzakirə olunan simalarından biri olan Necati Şaşmaz son dövrlərdə yeni ekran layihələrində yer almır və ictimaiyyət qarşısına nadir hallarda çıxır.
Kurtlar Vadisi Türkiyə serial maqazin xəbərləri Necati Şaşmaz

Mənbə: lent.az