Rusiyalı supermodel İrina Şeyk və NBA ulduzu Devin Bukerin eşq yaşadığı iddia olunur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı model və 29 yaşlı basketbolçunun ötən həftəsonu Nyu-Yorkun nüfuzlu istirahət bölgələrindən biri olan Hemptonsda vaxt keçirdiyi bildirilir.
Məşhurların şəxsi həyatı ilə bağlı məlumatlar yayan “Deuxmoi” platforması onların bir neçə fərqli məkanda birlikdə görüldüyünü açıqlayıb. Məlumata görə, İrina Şeyk və Devin Buker bazar günü səhər saatlarında İst-Hemptonsdakı “Tutto Caffe” restoranında olublar. Daha sonra onların məşhur “Delilah” klubunda keçirilən əyləncə gecəsində səmimi söhbət etdiyini göstərən video da sosial şəbəkələrdə yayılıb.
Bununla belə, insayderlər basketbolçunun gecə ərzində başqa qadınlarla da flört etdiyini və bu vəziyyətin İrina Şeykin xoşuna gəlmədiyini iddia ediblər. Tərəflər yayılan məlumatlara hələlik münasibət bildirməyiblər. Buna görə də onların münasibətinin dostluq, qısamüddətli yaxınlıq və ya ciddi eşq olması təsdiqlənməyib.
İrina Şeyk daha əvvəl aktyor Bredli Kuperlə münasibətdə olub. Onların 9 yaşlı Lea adlı qızı var. Modelin amerikalı futbolçu Tom Breydi ilə də qısa müddət münasibətdə olduğu iddia edilmişdi.
Devin Buker isə təxminən iki il model Kendall Cennerlə münasibət yaşayıb. Cütlük 2022-ci ilin sonunda ayrılıb. Hazırda Buker NBA-da “Finiks Sans” klubunun formasını geyinir.
supermodel basketbolçu
Mənbə: lent.az