Yaponiyada iyulun 20-26-da təxminən 18.600 insan isti vurması ilə xəstəxanalara yerləşdirilib, onlardan 45-i ölüb.
Lent.az xarici mediaya istinadən bildirir ki, təcili yardım xidmətlərinə nəzarət edən İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə, zərərçəkənlərin sayı əvvəlki həftə ilə müqayisədə 7.700-dən çoxdur və 2026-cı ildə ən yüksək göstəricidir.
İsti vurması ilə xəstəxanalara yerləşdirilənlərin 710-dan çoxu üç həftədən çox müddətə xəstəxanada qalıb. Təsirə məruz qalanların təxminən 58 faizi 65 yaşdan yuxarı olub.
Yaponiyada iyulun 21-dən bəri bəzi ərazilərdə 40 dərəcədən yuxarı temperatur qeydə alınıb.
İsti vurma ölüm
Mənbə: lent.az