IMG-LOGO

Metroda PROBLEM: sərnişinlər platformadan çıxarıldı - VİDEO

30 Jul 2026 12:54 2 baxış
IMG
2 0

Dünən metronun “Azadlıq Prospekti” stansiyasında problem olub.

Lent.az xəbər verir ki, saat 23:48-də qeydə alınan problemlə bağlı sərnişinlər platformasından çıxarılıblar.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

“İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin “Memar Əcəmi” - “Dərnəgül” sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib”, - deyə B. Məmmədov bildirib.

Sizin brauzer video tagını dəstəkləmir. sosial xəbərlər metro

Mənbə: lent.az

Xəbər lenti