IMG-LOGO

Buraya qadınlar buraxılmır: ancaq kişilərin getdiyi mərkəz - VİDEO

30 Jul 2026 12:47 2 baxış
IMG
2 0

İndoneziyanın Bali adasında qadınların girişinə icazə verilməyən “alfa-retreat” — “Bali Time Chamber” adlı kişi istirahət mərkəzi populyarlıq qazanır.

Lent.az xəbər verir ki, “New York Post” qəzeti layihənin eyniadlı “TikTok” hesabında yayımlanan reklam videosuna diqqət çəkib.

Videoda “Qadın yoxdur, alkoqol yoxdur, siqaret yoxdur, narkotik yoxdur, əyləncə gecələri yoxdur” deyilir.

“Bali Time Chamber” layihəsinin məqsədi özünü inkişaf etdirmək və həmfikir insanlarla ünsiyyət qurmaq istəyən kişilər üçün diqqəti yayındıran amillərdən uzaq bir məkan yaratmaqdır. Təşkilatçılar qadınların istirahət mərkəzinin ərazisinə buraxılmadığını bildiriblər.

Video sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. İstifadəçilərdən biri burada yaşamaq istədiyini yazıb. Digəri isə istehzalı şəkildə “Orada qalmağım üçün mənə nə qədər pul ödəyəcəksiniz?” sualını verib.

Sizin brauzer video tagını dəstəkləmir. dünyadan xəbərlər maraq maraqlı xəbərlər video videolent travel turizm

Mənbə: lent.az

Xəbər lenti